Aclıq aksiyasına qadın siyasətçilər də qoşuldu

acliq-aksiyasina-qadin-siyasetciler-de-qosuldu
Oxunma sayı: 665

“Qafqazinfo”nun məlumatına görə, bu gün aclıq aksiyasına AXCP sədrinin müavini Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədr müavini İradə Əliyeva da qoşulublar.
Xatırladaq ki, aclıq aksiyası Məhbus Ailələri Komitəsinin qərarına uyğun başlanılıb. 15 oktyabrdan aclıq aksiyasına AXCP Gənclər Komitəsinin fəalı Dəyanət Babayev, 16 oktyabrdan Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Oruc Novruzov aclıq aksiyasına başlamışdı.
Məhbus Ailələri Komitəsinin 18 üzvü var. Komitəyə 2 aprel mitinqində tutulanlarla yanaşı Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Vidadi İsgəndərlinin ailələri daxildir.