Badamdarda atəşfəşanlıq oldu - Fotolar

badamdarda-atesfesanliq-oldu
Oxunma sayı: 2400

Milli Qurtuluş Günü ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti və  Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsində bayram konserti təşkil olunub.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, icra başçısı Eldar Əzizovun, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivlərinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin iştirak etdiyi tədbir maraqla qarşılanıb.

Bayram tədbirində respubikanın xalq artistləri Brilyant Dadaşova, Mübariz Tağıyev, Bilal Əliyev, Gülyaz Məmmədova, əməkdar artist Təyyar Bayramov, popolyar ifaçılar Ayaz Qasımov, Pərviz Abdullayev, Kənan Qədimov, Rəvanə Əmiraslanlı, Vaqif Müstafazadə adına “Sevil” vokal qrupunun, Cahangir Cahanğirov adına xorun, “Şirvan” folklor ansamblının ifalarında xalq mahnıları, tanınmış dünya və Azərbaycan bəstəkarlarının əsərləri  səslənib.

Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilib.