Badamdarda bayram konserti keçirildi - Fotolar

badamdarda-bayram-konserti-kecirildi
Oxunma sayı: 742

Milli Qurtuluş Günü ilə bağlı Səbail rayonunda, Badamdar qəsəbəsində möhtəşəm bayram konserti təşkil olunub. 

Rayon İcra Hakimiyyətindən “Qafqainfo”ya daxil olan xəbərə görə, bayram konsertində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivləri, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bayram tədbirində respubikanın xalq artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu  Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayəti ilə Prezident təqaüdçüsü Murad İbrahimov, Beynəlxalq müsabiqələr laureatı Nigar Cəlilova və Orxan Cəlilovun ifasında tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səslənib, konsert iştirakçılarının çıxışları sakinlərin alqışları ilə qarşılanıb.

Bayram konsertinin sonunda atəşfəşanlıq keçirilib.