Badamdarda sürüşmə zonasındakı nisbi gərginlik qalır

badamdarda-surusme-zonasindaki-nisbi-gerginlik-qalir
Oxunma sayı: 966

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə nisbi gərginlik qalmaqdadır.

Sürüşmə kütləsi üzərində ara-sıra kütlə üzərində asılı süxur qırıntıları yamac boyu aşağıya doğru hərəkət edir. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.