Badamdarda xırda uçqunlar olub

Badamdarda xırda uçqunlar olub
Oxunma sayı: 849

Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, yağan yağış nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan torpaq kütlələrinin üzərində yeni xırda uçqunlar baş verib. Sürüşmənin yuxarı hissəsində olan qaya parçasının alt hissəsi qoparaq asılı vəziyyətdə qalıb. Monitorinqlər davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi