“Adi kommunal problemlərini həll edə bilməyən insanlar...”- Mövqe

adi-kommunal-problemlerini-hell-ede-bilmeyen-insanlar-movqe
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Bakıda keşirilən Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası və Avrasiya Əməkdaşlıq Fondunun təşkilatçılığı, SİDA-nın dəstəyi ilə “Mənzil Kommunal sektorda şəffaflığın artırılması” adlı ictimai dinləmələrdə çıxış edən millət vəkili, BQP Başqanı Fazil Mustafa səsləndirib.

Millət vəkili çıxışında daha sonra bildirib ki, uzun müddət yerlərdə ikili idarəetmənin saxlanması məqsədyönlüdür: “Bütün yerli qurumlar sözdə vətəndaşa xidmət etdiyini bəyan edirlər, ancaq reallıqda hamısı vətəndaşın üzərindən pul qazanmaqla məşğuldur. Bələdiyyələr ölü qurumlardır və ən adi səlahiyyətlərə belə sahib deyillər. Üstəlik də ən azı səkkiz quruma bu və ya digər formada hesabat verirlər. Ən adi kommunal problemlərini həll edə bilməyən insanlar bu sahədə islahatların keçirilməsi ilə bağlı deyilənlərə də şübhə ilə yanaşır”.

Sonda Fazil Mustafa yerli özünüidarəetmə və mənzil təsərrüfatı sahəsinə aid islahatlarla bağlı öz təkliflərini səsləndirib.