Adını dəyişib “Qafqazinfo” qoydular

adini-deyisib-qafqazinfo-qoydular
Oxunma sayı: 642

“Qafqazinfo”ya açıqlamasında O. Gülalıyev deyib ki, Facebook profili qərargahın Saatlı və Sabirabad rayonlarına səfərindən sonra oğurlanıb: “Mən Sabirabadda baş verənlərlə bağlı öz profilimdə yazı paylaşdım. Bir az sonra isə Facebook səhifəmə daxil ola bilmədim. Kimlərsə artıq parolu ələ keçirmiş və dəyişmişdi”. Maraqlıdır ki, O. Gülalıyevin profilinin adını dəyişib “Qafqazinfo” qoyublar.

Koordinator bildirib ki, o elektron poçtundan hər zaman öz fəaliyyəti ilə bağlı istifadə edim: “İndi ola bilər ki, e-maili ələ keçirənlər mənim adımdan kimlərəsə məktublar yaza bilərlər. Ona görə də hər kəsə bildirmək istəyirəm ki, [email protected] ünvanından onlara gələcək məktublar mənə məxsus deyil”.