Badmintonçumuz 1/8 finala vəsiqə qazandı

badmintoncumuz-18-finala-vesiqe-qazandi
Oxunma sayı: 695

Badmintonçumuz Ezmi Qovimuramadhoni "G" qrupunda keçirdiyi ardıcıl ikinci görüşündə qələbə qazanaraq son turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Ezmi ikinci turda Lüksemburq təmsilçisi Robert Mann üzərində 2:0 (21-18,21-15) hesablı qələbə qazanaraq buna nail olub. Xatırladaq ki,Ezmi ilk oyununda Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib.

Ezminin bu mərhələdə son oyunu bu gün qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla olacaq.Oyunun planlaşdırılan başlama saatı Bakı vaxtı ilə saat 14:00-dır.

Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanacaq.

“Minsk 2019”da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar Minskin 2016-cı ildən istifadəyə verilən “Falcon club” arenasında keçirilir. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparır.