ADP Əvəz Zeynallının həbsindən narahatdır

adp-evez-zeynallinin-hebsinden-narahatdir
Oxunma sayı: 643

ADP mətbuat xidmətindən “Qafqazinfo”ya veilən məlumata görə, tolantıda ölkəmizdə və beynəlxalq aləmda baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
İdarə Heyəti üzvləri ilk növbədə Türkiyənin İzmir şəhərində keçirilən Türkiyə Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası toplantısında iki ölkə arasında iqtisadi və digər sahələrə dair imzalanan müqavilələrin əhəmiyyətinə diqqət çəkib, hakimiyətin Türkiyə ilə son vaxtlar yüksək səviyyədə münasibətlər qurmaq istiqamətində atdığı addımları təqdir etməklə bu sahədə səylərin daha da artırılmasınının vacibliyini diqqətə çatdırıb.
Partiya yetkililəri həmçinin son vaxtlar hakimiyyətin ölkədə işsizliyin, sosial gərginliklərin yaşanmasına baxmayaraq Ukrayna, Moldova, Gürcüstan və o cümlədən Türkiyədə küllü miqdarda investisiya qoyulmaqla neft ayırma zavodları tikilməsini və müxtəlif adlar – məktəb, xatirə parkları və s. adı altında həyata keçirdiyi israfçı layihələri qətiyyətlə pisləyib və bu faktların ölkənin gələcək inkişafına böyük zərbə olmasını bildirməklə bu cür yatırımların xarici ölkələrə deyil, ölkə daxilində maddi istehsal sahələrinin yaradılmasına yönəldilməsinin vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti üzvləri “Xural” qəzetinin redaktoru Ə.Zeynallının həbsindən narahat olduğunu bildirib və hakmiyyətin bu addımını söz və mətbuat azadlığına qarşı yönəlmiş bir hərəkət olduğunu qeyd etməklə, onun barəsindəki həbs qəti imkan tədbirinin dəyişdirilməsini və başlanan istintaq işinin şəffaf aparılmasının, haqqında ədalətli məhkəmə hökmü çıxarılmasının vacibliyini qeyd edib.
İdarə Heyəti üzvləri ölkə rəsmiləri tərəfindən dövlət başçısı İ.Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi barədə səsləndirdikləri bəyanatlara münasibət bildirib və bu cür təşəbbüslərin bir çox ölkələrdə olduğu kimi bizdə də sonda vətəndaş qarşıdurmasına gətirəcəyindən yolverilməz olduğunu diqqətə çatdırıb və ölkə başçısını hüquqi əsaslar olsa belə növbəti dəfə namizədliyinin irəli sürülməsindən imtina etməyə çağırıb.
İdar Heyəti üzvləri AŞPA-nın Azərbaycan üzrə siyasi məruzəçisi K.Ştrasserin ölkəyə buraxılmaması faktını qətiyyətlə pisləyib və bu faktın ölkənin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirəcəyini bildirməklə, yaranan insidentin daha çox AŞPA-nın ayrı-ayrı olkələr üzərində mövqeyinin zəifləməsindən və öz nüfuzunu itirməsindən irəli gəldiyini diqqətə çəkib.
İdarə Heyəti üzvləri səfir M.Brayzanın Azərbaycan hakimiyyətinin korrupsiya məsələlərində ABŞ-dan kömək istəməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib və atılan bu addımın zəruri olduğunu bildirməklə, bu məsələlərin həllində daha çox iç qüvvələrə güvənməsinin və yalnız ictimai nəzərəti gücləndirməklə, korrupsiyaya qarşı mübarizə komissiyasına cəmiyyətin ayrı-ayrı institutlarından olan nümayəndələri daxil etməklə uğur əldə edilə biləcəyini diqqətə çatdırıb.
İdarə Heyəti üzvləri son vaxtlar əksər icra hakimiyyətləri başçılarının onlara verilən səlahiyyətlərdən sui-istifadə edərək qanunsuzluqlar törətdiyini, rayonların ərazisində iqtisadi talanla məşqul olduqlarını, vətəndaşlara, iş adamlarına qeyri sağlam münasibət bəslədiklıərini neqativ hal kimi dəyərləndirib və dövlət başçısını xalqın səbrini daşdıran, vətəndaşlara zülm edən yerli kadrları haqqında təcili tədbirlər görməyə çağırıb.