Aeroport yolunda zəncirvari qəza baş verdi

aeroport-yolunda-zencirvari-qeza-bas-verdi
Oxunma sayı: 667

Qəza zamanı 28 yaşlı Mürsəlov Teymur Sübhan oğlunun idarə etdiyi “BMW” markalı avtomobil şəxsiyyəti tam məlum olmayan Ramin adlı sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Sonuncu avtomobil isə öz növbəsində qarşıda hərəkətdə olan digər bir “Mercedes” markalı avtomobilə çırpılıb.

Qeyd edək ki, qəza zamanı “BMW”-nin sürücüsü Teymur Mürsəlov, o cümlədən “Mercedes”in sükanı arxasında olan Ramin və həmin maşında olan Rizvan adlı sərnişin ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, görülən tədbirlərə baxmayaraqa qəza zamanı “Mercedes”də olan şəxslərin vəziyyəti ağır olaraq qalır. Hər iki şəxsin huşu özündə olmadığından onların şəxsiyyətlərini tam dəqiqləşdirmək mümkün olmayıb.

Faktla bağlı Xəzər rayon polis idarəsində araşdırma başlanılıb. Qəzanın hansı sürücünün səhlənkarlığı ucbatından baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

ANS PRESS