AFFA “1 ulduz”a layiq oynamayanları “5 ulduz”da yerləşdirdi

<b>AFFA “1 ulduz”a layiq oynamayanları “5 ulduz”da yerləşdirdi</b>
Oxunma sayı: 723

Qiymətlər barədə yazmazdan əvvəl otelin özü haqda məlumat vermək istərdik. «Rixos President» Astanada hökumət binalarının yerləşdiyi ərazidə fəaliyyət göstərir.

Qonaqların ixtiyarına iki yüksək səvyyəli restoran və böyük spa-mərkəz verilib. Otaqlar kondisioner, cakuzi və pulsuz Wi-Fi ilə təmin edilib.

Oteldəki nömrələr düzekranlı televizor, noutbuklar üçün seyflə təmin olunub.

«Rixos»un spa-mərkəzində sauna, türk hamamı və sağlamlıq üçün qidalar olan bar var. Qonaqlar həmçinin trenajor zalından istifadə edə, massaj xidməti sifariş verə bilərlər.

Restoranda isə qonaqlara qazax və türk mətbəxi təqdim edilir. Qonaqlar eleqant lobbi barda otura, həmçinin irland pabında canlı musiqi dinləyə bilərlər.

Qiymətlərə gəlincə, «Rixos» şəbəkəsi, ümumiyyətlə, dünyanın əh bahalı otellərindən hesab olunur. Bununla belə, iqtisadçı ekspertlərin fikrincə, millimizin qaldığı «Rixos President»dəki qiymətlər bu şəbəkədəki digər otellərin qiyməti ilə müqayisədə yüksəkdir. Məsələn, millimizin futbolçularının qaldığı ikinəfərlik otağın qiyməti 63 min 320 qazax tengesi və ya 441 dollar təşkil edir.

Millinin səfər oyunları zamanı baş məşqçi Berti Foqts və AFFA rəhbərliyi üçün adətən lüks nömrələr sifariş olunur. «Rixos President»dəki bir adamlıq lüks nömrələrin qiyməti 1113 dollar, prezident nömrəsi isə 1757 dollardır.

Əlbəttə, bəlkə də Astanada milli üçün daha münasibət qiymətlərlə otel tapmaq mümkün idi. Amma hər halda, ümid edək ki, futbolçular və millinin rəhbərliyi onlar üçün yaradılan bu lüks şəraitin əvəzini layiqincə ödəyə biləcəklər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi