AFFA Azərbaycan gerbindən niyə imtina edib? – Açıqlama

affa-azerbaycan-gerbinden-niye-imtina-edib-aciqlama
Oxunma sayı: 648

Teleqraf.az agentliyi yeni formalarda AFFA-nın gerbimizdən imtina edərək Federasiyanın öz loqosunu əks etdirməsi ilə bağlı məlumat yayıb.

Gerbdən imtina edilməsinin səbəbini öyrənmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən mətbuat xidmətinin rəhbəri yeni formaların FİFA-nın əsasnaməsinə uyğun olduğunu bildirib: “Yeni forma beynəlxalq normalara tam uyğundur. Bu formalar FİFA-nın əsasnaməsinə uyğun hazırlanıb. Əksər ölkələrin - İtaliya, Fransa, Almaniya, İngiltərə, Portuqaliya kimi futbolu inkişaf etmiş ölkələrin milli komandalarının geyimlərində də Federasiyanın bayrağı əks olunub. Azərbaycan yığmasının formasında da belədir. Həmçinin geyimdə bu loqo ilə yanaşı bayrağımızın rəngləri də öz əksini tapıb. Əgər geyimlər FİFA-nın normalarına uyğun gəlməsəydi, komanda bu geyimlərdə meydana çıxa bilməzdi. Çünki oyundan öncə FİFA nümayəndələri komandaların formalarını yoxlayır”.

Sevinc