AFFA-da əlbəyaxa dava düşdü

affa-da-elbeyaxa-dava-dusdu
Oxunma sayı: 646

“Qafqazinfo” Fanat.az-a isinadən xəbə verir ki, hakimlərin və PFL-in operatorlarının döyüldüyü "Turan" - "Qarabağ" oyununun müzakirəsi qalmaqalla müşayət olunub.

Belə ki, döyülən hakimlərdən birinin - yan xətt hakimi Coşqun Həsənovun atası Qürbət Həsənov "Turan"ın vitse-prezidenti Nail Nurəddinoğlunun üzərinə hücum çəkib. Həsənov klub rəsmisini hakimlərin döyülməsini təşkil etməkdə günahlandırıb. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb. Həsənov "Turan" rəsmisinə bir neçə zərbə endirib.

Qeyd edək ki, Qürbət Həsənov dünən verdiyi açıqlamada baş verənlərə görə, "Turan"ın prezidenti Musa Süleymanov və vitse-prezident Nail Nürəddinoğlunu ittiham etmişdi: "Məncə, bütün bunlar əvvəlcədən qurulmuş bir ssenaridi. Bu ssenarinin başında Musa Süleymanov və Nail Nürəddinoğlu dayanır. Habil Aslanov Nail deyilən vitse-prezidentin mühafizəçisidi. Bu işin icraçısı da Nail Nurəddinoğludu ki, o, hakimlərin döyülməsi üçün açarı həmin şəxslərə verib. Onlar da hakimlərdən əvvəl otağa daxil olaraq, orada gizləniblər. Bütün bunlara görə məsuliyyəti klub daşıyır. Mənə elə gəlir ki, burada polis əməkdaşlarının da günahı var. Yəqin onlar da klub rəhbərliyindən belə təlimat alıblar ki, oyun başa çatan kimi stadionu tərk ediblər".