AFFA-dan söyüş söyən futbolçularla bağlı - Reaksiya

affa-dan-soyus-soyen-futbolcularla-bagli-reaksiya-
Oxunma sayı: 636

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən oyunda işlədilən küçə söyüşlərinə görə, futbolçular cəzalandırılmayacaq. Onun sözlərinə görə, milli komanda növbəti oyun üçün bir araya yığılanda bu məsələni baş məşqçi özü həll edəcək: “Məsələ komandanın daxilində həll ediləcək”.

M. Nərimanoğlu AFFA-nın “Göyəzən”- “Şuşa” komandalarının oyunu zamanı analoji vəziyyətin yaşanmasına görə cəzaların verilməsinə gəlincə, fikrini belə əsaslandırıb: “AFFA o vaxt cəza tətbiq edir ki, oyunun hakimi bu barədə müraciət edərək şikayət bildirir”.

Sevinc Mənsimli