AFFA futbolçunu mükafatlandırdı

affa-futbolcunu-mukafatlandirdi
Oxunma sayı: 674

Azerisport.az xəbər verir ki, futbolçunun təhsil aldığı 277 saylı idman təmayüllü tam orta məktəbdə AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə keçirilən tədbirdə əvvəlcə məktəbin direktoru Ayaz Süleymanov çıxış edib.

O, rəhbərlik etdiyi məktəbin şagirdinin belə uğur qazanmasından böyük sevinc hissi keçirdiklərini deyib və tədbirin məhz məktəbdə təşkil olunmasına görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Baş katib Elxan Məmmədov ölkəmizdə futbolun inkişafı məqsədilə müxtəlif turnirlərin təşkil edildiyini, «Kapital Bank U-15 Liqa»nın da belə turnirlərdən olduğunu deyib. «Kapital Bank U-15 Liqa»da ötən mövsüm ən çox qol vurmuş Fəhmin Muradbəylini təbrik edən baş katib, 277 saylı idman təmayüllü tam orta məktəbin kollektivinə təşəkkürünü bildirib.

Çıxışlar başa çatdıqdan sonra Fəhmin Muradbəyliyə AFFA-nın hədiyyələri təqdim olunub.