AFFA yenə cəzaları yağdırdı

affa-yene-cezalari-yagdirdi
Oxunma sayı: 655

“Qafqazinfo”nun verdiyi məlumata görə, iclasda premyer liqanın II turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.

“Bakı” – “Simurq” matçında qapı torunda problem olduğuna görə matç 7 dəqiqə gec başladığı üçün meydan sahibi klub 3000 manat cərimə olunub.
AZAL – “Rəvan” matçında AZAL klubunun 4, “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün hər iki klub 1000 manat cərimə olunub.
“Turan” – “Sumqayıt” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 28-ci dəqiqəsində “Sumqayıt” klubunun 76 №-li futbolçusu Uğur Pamuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.