Bağ mövsümünə “Bazarstore”dan başlayın!

bag-movsumune-bazarstoredan-baslayin
Oxunma sayı: 712

Uzun illərdən bəri bağ mövsümü ənənəsini özündə yaşadan paytaxt sakinləri hər il 3 ay yay fəslini bağlarda keçirməyə üstünlük verirlər.

Təbii ki, insanlar dincəlmək üçün bu məkanlara gedəndə lazımi məişət əşyalarına da böyük ehtiyac duyurlar. Artıq hər bir ailənin ənənəsindən biri tut ağacının kölgəsində ətirli çay süfrəsi üçün geniş masa və rahat oturacaqlar, axşamın sərinində kabab üçün manqal, balacaların ən çox sevdiyi yelləncəklər və bunu kimi bir çox məişət əşyalarını bol çeşiddə yalnız “Bazarstore” mağazalar şəbəkəsində tapmaq mümkündür.

Artıq gedərək çeşidlərini daha da artıran “Bazarstore” mağazalar şəbəkəsi Bakılıların bağ mövsümünü daha da rahat keçirməsi üçün lazımi məişət əşyalarını sərfəli qiymətlə satışa çıxarıb.

Burada bağ üçün lazım olan masalar, stullar, müxtəlif cür yelləncəklər, manqallar istehlakçıların həm zövqüncə, sərfəli qiymətlərinə görə də lap ürəyincə olacaq.

Qeyd edək ki, bu məişət əşyalarını “Bazarstore”un Xətayi, Gənclik, Bakıxanov qəsəbəsi və Şüvəlandakı “Şüvəlan Park”da fəaliyyət göstərən satış mərkəzlərindən əldə etmək olar. Qeyd etməliyik ki, bütün satış mərkəzlərində məhsullar daim təzədir, satılan ətlər islami qaydalara uyğun kəsilir. Bütün mallar müasir standartlara cavab verən tanınmış şirkətlərin məhsullarıdır. Satış şəbəkələrində gigiyena-sanitariya normalarına nəzarət isə ən üst səviyyədə təşkil olunub.