Bağban ev sahibini balta ilə öldürdü - “Arvadıma sataşıb”

Bağban ev sahibini balta ilə öldürdü
Oxunma sayı: 3674

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi üzrə proses başa çatıb.

"Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, R.İlyasov 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib.

Hadisə yerini tərk edən R.İlyasov daha sonra polisə zəng edərək qətl törətdiyini, ən qısa zamanda öz xoşu ilə bölməyə gələrək təslim olacağını söyləyib. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman R.İlyasov orada olmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan R.İlyasov dindirilən zaman S.Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, S.Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.

Hüquq-mühafizə orqanı əməkdaşları R.İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alaraq bu ifadənin inandırıcı səslənmədiyini bildiriblər. R.İlyasovla həyat yoldaşı arasında böyük yaş fərqi də suallar yaradıb.

R.İlyasova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adamöldürmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, R.İlyasov daha əvvəl də adamöldürməyə görə məhkum edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi