Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.
“Qafqazinfo” xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;