Bağçadakı zəhərlənmə ilə bağlı rəsmi məlumat

bagcadaki-zeherlenme-ile-bagli-resmi-melumat
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğu ilə Bakı Şəhər Baş Polis İdarəsinin birgə yaydığı xəbərdə məlumat verilib. Xəbərə görə, qeyd edilən tarixdə nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13-nün səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına «qida zəhərlənməsi» diaqnozu ilə yerləşdiriliblər. Hər iki xəstəxanada onlara müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisədən dərhal sonra rayon hüquq mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə hadisə yerində olub, uşaqların qəbul etdiyi qida məhsullarından təhqiqat üçün nümunələr götürülüb.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.