Bağçadakı zəhərlənmənin səbəbi açıqlandı

bagcadaki-zeherlenmenin-sebebi-aciqlandi
Oxunma sayı: 635

Respublika Gigiyena və Epidemilogiya Mərkəzindən cümə günü Trend-ə bildirilib ki, həmin gün makaronlu toyuq yeyən rus bölməsində çalışan Gülnarə Mikayılovanın burnundan, xəstəxanaya yerləşdirilmiş 10 uşağın qusuntu maddəsindən götürülmüş nümunələrin 8-də qızılı stafilokok (Staphylococcus aureus) aşkarlanıb. Eyni zamanda, yarma şorbası və əşyalardan götürülmüş 23 nümunənin 7-də bağırsaq cöpləri aşkarlanıb. İcməli su və digər ərzaq nümunələri üzərində müayinələrin nəticələri normal olub.

Qeyd edək ki, dekabrın 13-də saat 18:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13-nün səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına "qida zəhərlənməsi" diaqnozu ilə yerləşdiriliblər.