Bağdadda ardıcıl iki partlayış - 10 ölü, 19 yaralı

bagdadda-ardicil-iki-partlayis
Oxunma sayı: 1006

İraqın paytaxtı Bağdadın Əl-Sədr bölgəsində ardıcıl 2 güclü partlayış törədilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, teraktlar nəticəsində ümumilikdə 10 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

Ölənlər arasında uşaqların da olduğu bildirilir.

Terror hücumunun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, terrorçulara ağır zərbə vuraraq işğal olunan bütün torpaqları azad edən İraqda son zamanlar terror aktlarının sayı çoxalıb. Terrorçular bu yolla İraq əhalisini təşviş və həyəcan içində saxlamağa cəhd göstərir.