Bağdadda ardıcıl iki partlayış - 38 ölü, 90 yaralı + Fotolar

bagdadda-ardicil-iki-partlayis
Oxunma sayı: 816

İraqın paytaxtı Bağdadın Tayran meydanında ardıcıl iki partlayış törədilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iki kamikadze insanların meydanda çox olduğu vaxtda üzərlərindəki partlayıcıları işə salıb.

Partlayışlar nəticəsində 38 nəfərin öldüyü, 90 yaralının olduğu bildirilir. Onlardan üçünün vəziyyəti ağırdır.

Terraktların məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.