Bağdaddakı partlayışda ölən və yaralananların sayı artdı

bagdaddaki-partlayisda-olen-ve-yaralananlarin-sayi-artdi
Oxunma sayı: 841

İraqın paytaxtı Bağdad ətrafında baş vermiş partlayışda ölənlərin sayı 20 nəfər olub, 100-ə yaxın insan isə yaralanıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, şiələrin məskunlaşdığı Madinat-Sədr bölgəsində törədilmiş terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Güclü partlayış dalğası 14 yaşayış evini dağıdıb.

Dağıntılar arasında insanların qaldığı istisna edilmir. Hadisə yerinə xilasedici briqada və təcili yardım işçiləri cəlb olunub. Partlayışın səbəbləri isə bilinmir.