“Bağdadi böyük ehtimalla ölüb” - Rusiya XİN-i

bagdadi-boyuk-ehtimalla-olub
Oxunma sayı: 750

Rusiya İŞİD lideri Əl-Bağdadi ilə bağlı növbəti açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, XİN rəhbərinin müavini Oleq Sıromolotov böyük ehtimalla Əl-Bağdadinin Rusiya hava-kosmik qüvvələrinin endirdiyi zərbələr nəticəsində öldüyünü bəyan edib:

“Əgər bu məlumat təsdiqini tapsa, Rusiya Hava-Kosmik Qüvvələrinin beynəlxalq terrorizmlə mübarizədə növbəti böyük uğuru təsdiqlənəcək”.

Qeyd edək ki, hadisə Rusiyanın bu ilin mayın sonunda Rakka şəhərinə endirdiyi hava zərbələri zamanı qeydə alınıb.