Bağdadinin “sağ əli” öldürülüb - Rəsmən açıqlandı

bagdadinin-sag-eli-oldurulub
Oxunma sayı: 649

İŞİD terror təşkilatının “ali müftisi” Türki Əl Binəli ödürülüb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, Əl Binəli ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor şəhərinin Məyadin qəsəbəsinə hava hücumu zamanı öldürülüb.

Əməliyyat 31 mayda baş tutsa da “ali mufti”nin ölümü indi açıqlanıb.

Məlumata görə, Əl Binəli terroçuların yerdəyişməsi, terror aktlarının təşkili və digər hadisələrdə önəmli rol oynayıb. O, İŞİD lideri Bağdadinin ən güvəndiyi adamlardan biri olub.