Ağdaşda 3 avtomobil toqquşdu, ölən var

agdasda-3-avtomobil-toqqusdu-olen-var
Oxunma sayı: 653

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, rayon ərazisində 3 avtomobil toqquşub. Gəncə şəhər sakini Samir Nəbiyevin idarə etdiyi “VAZ-2107”, Bərdə rayon sakini Aqil Əhmədovun idarə etdiyi “KamAZ” və Ağdaş rayon sakini Ələsgər Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Qəza nəticəsində ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Samir Nəbiyevin həyatını xilas etmək mümkün olmayıb.