Agent Putinin sirləri açıldı

agent-putinin-sirleri-acildi
Oxunma sayı: 844

“Qafqazinfo”nun məlumatına görə, “Berliner Zeitung” qəzeti Putinin sovet gizli xidməti KQB-də işləyərkən Şərqi Almaniyanın Drezden şəhərində stansiya rəisi köməkçisi vəzifəsində çalışdığı illərdə qərbi alman kəşfiyyatı (BND) onun haqqında hesabat hazırlayıb. Hesabata görə, 1985-1990-cı illərdə bu şəhərdə vəzifəsini yerinə yetirən Putin hazırda 53 yaşında olan həyat yoldaşı Ludmilanı tez-tez döyür və aldadırdı. BND mütəxəssisi olaraq tanınan Erich Schmit-Eenboomun ortaya çıxardığı gizli hesabatlara görə, Putin Drezdendəki illərini qadınların arxasınca qaçmaqla keçirib.

Qəzet, həmin illərdə rus agenti və tərcüməçi kimi Drezdendə vəzifəsini yerinə yetirən və böyük sinələrinə görə “Balkonö” ləqəbi ilə tanınan Lenchen Sch. adlı agentlə Putinin həyat yoldaşı Ludmilanın səmimi olduqlarını yazıb. Bundan başqa, Ludmilanın tez-tez başını Lenchen-in çiyninə dayayaraq Putinin eşqbazlıqlarından danışaraq ağladığını qeyd edib.

Qəzet Putinin Ludmilanı döyüb aldatması ilə bağlı gizli məlumatların həmin dövrdə NATO kəşfiyyatına da ötürüldüyünü və həmin məlumatlın NATO arxivlərində də olduğunu iddia edib.

Səidə