Bağırsağında Azərbaycana heroin keçirmək istədi

bagirsaginda-azerbaycana-heroin-kecirmek-istedi
Oxunma sayı: 1096

İrandan Azərbaycana bağırsağında narkotik gətirən şəxs saxlanılıb.

“Qafqazinfo”nun Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 177,834 qram olan narkotik vasitə - heroin aşkar edilib.