Bağırsağından 100 qram narkotika çıxdı

bagirsagindan-100-qram-narkotika-cixdi
Oxunma sayı: 1201

Azərbaycana narkotik gətirən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib.

Nəticədə, vətəndaşın düz bağırsağında 4 ədəd bükümdə olmaqla, xalis çəkisi 99,869 qram narkotik vasitə - heroin və xalis çəkisi 31,686 qram psixotrop maddə - metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd