Bağlanan məscid yenidən ibadətə açıldı

Bağlanan məscid yenidən ibadətə açıldı
Oxunma sayı: 1439

Avstriyada müxtəlif bəhanələr göstərilərək bağlanan köhnə adı ilə “Nizamı Aləm” məscidi yenidən ibadətə açılıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, idabət ocağı Vyana Alpərənlər Məscidi adlandırılıb.

Məscid dərnəyinin rəhbəri Hacı Yağcı bildirib ki, məscidin bağlanması barədə qərar bilərəkdən gündəm yaratmaq üçün edilmişdi:

“Bu qərar bizi çox üzmüşdü. Lakin, lazımi adımlar atıldı və məscid yenidən açıldı. Adımızı dəyişdik, əskikləri tamamladıq. Camaat gəlib namazını əvvəlki qaydada qıla bilərlər”.

Xatırladaq ki, Avstriya Baş naziri Sebastyan Kurts bir neçə gün öncə bu məscidlə yanaşı ümumilikdə 4 məscidin bağlanması barədə qərar vermişdi. Bu qərar müsəlmanlarla yanaşı, yerli əhali tərəfindən sərt tənqidlə qarşılanmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi