Bağlı olan küçə və prospektlərin siyahısı təqdim edilib

bagli-olan-kuce-ve-prospektlerin-siyahisi-teqdim-edilib
Oxunma sayı: 638

Bu gün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı şəhərində bağlı olan və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılan küçə və prospektlərin siyahısını təqdim edib. NİİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, mərkəz Neftçilər prospektində, Afiyəddin Cəlilov küçəsində, Əziz Əliyev küçəsində, Bülbül prospektinin Zərifə Əliyeva və Neftçilər prospekti ilə kəsişməsi istiqamətində təmir işlərinin aparılması ilə əlaqədar olaraq tamamilə bağlanması haqda əhaliyə xəbərdarlıq edir.

Bundan başqa Abbas Mirzə Şərifzadə küçəsinin Nazim Hikmət küçəsi ilə kəsişməsindən “Kaktus” restoranı istiqamətində hərəkət hissəsi bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi 2 istiqamətli olub. Yasamal rayonu, Qələbə dairəsindən Əsəd Əhmədov küçəsi istiqamətində yol bağlı olduğu üçün həmin yolun əks hərəkət hissəsi 2 istiqamətli olub. Ü.Hacıbəyov küçəsində hərəkət hissəsi müvəqqəti 2 istiqamətli olduğundan isə K.Səfərəliyeva və Rixard Zorge küçələri bağlanıb. Həmçinin Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Neftçilər prospekti ilə kəsişməsi istiqaməti və Niyazi küçəsi tamamilə bağlıdır. NİİM paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Nigar Məmmədli