Ağsaqqallar Qəbələyə toplaşdı

agsaqqallar-qebeleye-toplasdi
Oxunma sayı: 670

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, müşavirədə Respublika Ağsaqqallar Şurasının Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qax, Mingəçevir şöbələrinin sədrləri, üzvləri və fəal gənclər iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Müşavirədə Respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək ağsaqqalların ölkənin ictimai-siyasi həyatındakı rolundan, onların zəngin həyat təcrübəsinin gənc nəslə örnək olduğundan danışmış, ölkəmizdə yaşlı nəslə göstərilən dövlət qayğısından bəhs ediblər. Ölkəmizdə hər bir ağsaqqala diqqət və qayğının zəruriliyindən, ağsaqqalların bugünkü həyatımızdakı böyük rolundan danışan akademik B.Budaqov bölgələrlə əlaqələrin möhkəmləndirilməsinin vacibliyini, Respublika Ağsaqqallar Şurasının təsis etdiyi “Ağsaqqallar dünyası” qəzeti ilə fəal əməkdaşlığın vacibliyini vurğulayıb. Natiq, həmçinin ağsaqqalların bölgələrin ictimai-mədəni həyatında rolunun artırılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə Respublika Ağsaqqallar Şurası rayon şöbələrinin rəhbərləri görülən işlərdən, qarşıda duran vəzifələrdən danışmış, gənclərlə işin gücləndirilməsinin zəruriliyini qeyd ediblər.