Bahalı geyimlərinə görə tənqid olunan birinci xanımdan - Açıqlama

bahali-geyimlerine-gore-tenqid-olunan-birinci-xanimdan
Oxunma sayı: 9515

Sadəliyi, zərifliyi və xalqla tez-tez görüşməyinə görə sevilən İordaniya kraliçası Raniya həm də geyimləri ilə həmişə müzakirələrə səbəb olur.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, zəngin və bahalı qarderobuna görə tənqid olunan 48 yaşlı birinci xanımın adından yayılan bəyanatda ictimaiyyəti hər zaman narahat edən məsələyə aydınlıq gətirilib.

Kraliça qarderobuna külli miqdarda pul xərclədiyi ilə bağlı səsləndirilən ittihamlara qarşı çıxaraq dövlət başçısının xanımı kimi İordaniyanı düzgün şəkildə təmsil etməyə çalışdığını və pul vəsaitlərinin ədalətli xərclənməsinə nəzarət etdiyini bildirib.

Onun sözlərinə görə, libas və aksessuarlarının dəyəri sosial şəbəkələrdə və KİV-də həmişə olduğu kimi göstərilmir.