Bahar Muradovanın məktubu

bahar-muradovanin-mektubu
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, məktubda ötən həftə Belqradda keçirilmiş ATƏT PA-nın “ATƏT-in səmə¬rəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni başlanğıc” mövzusunda yay sessiyasında həlli uzaldılmış münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ehtiva edən bəndin də yer aldığı qəbul edilmiş Belqrad Bəyannaməsinin mürəkkəbi qurumamış Ermənistan tərəfi yenə də destruktiv addımlar atdığı deyilir: “Artıq bildiyiniz kimi, Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün həyatını itirmişdir. Danışıq prosesinin intensivləşdiyi vaxtda, Minsk qrupu həmsədrlərinin regiona səfəri və iki ölkənin xalqları arasında etimadın yaradılması istiqamətində səylərin müzakirə olunduğu bir vaxtda, partlayıcı maddə ilə doldurulmuş uşaq oyuncağını çay vasitəsilə Azərbaycan tərəfinə göndərən Ermənistan günahsız uşaqların qətlə yetiriliməsinə yönələn çirkin siyasətini aparmaqda davam edir.

Yuxarıda göstərilən vandalizm hadisəsindən dərin narahatçılı¬ğımızı ifadə edir, məsələyə münasibət bildirməyinizi Sizdən xahiş edirik.”