Bahar nə vaxt gələcək?

bahar-ne-vaxt-gelecek
Oxunma sayı: 664

“Qafqazinfo” xəbər verir ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Bu bir astronomik hadisə olduğu üçün bunu bir çox ölkərdə “Sun- Earth Day” kimi qeyd edirlər və Günəş - Yer əlaqələrinə aid ictimayətə maraqlı məlumatlar verilir.

Tusi – Bohm Planetariumu bu il də Park Bulvar AVM-də bir sıra tədbirlə keçirəcək. Həmin gün Günəş haqqında maraqlı məlumatlar almaqla yanaşı həmçinin müasır teleskoplarla Günəşi müşahidə etmək mümkün olacaq.

Nigar