Ailə üzvlərinə 2 aprel məhbusları ilə görüş verilmir

aile-uzvlerine-2-aprel-mehbuslari-ile-gorus-verilmir
Oxunma sayı: 648

Məlumatı “Media forum” saytına Arif Hacılının qardaşı Mustafa Hacıbəyli verib. Onun sözlərinə görə, ailə üzvləri Arif Hacılı ilə son dəfə oktyabr ayında görüşüb: “Həyat yoldaşı və mən dəfələrlə görüşə icazə verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etsək də, Arif Hacılı ilə görüşə bilməmişik”.

Mustafa Hacıbəyli deyib ki, eyni problemi digər 2 aprel məhbusu, Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı da yaşayır: “Turalın anasının görüş üçün Bakı Apellyasiya Məhkəməsinə davamlı müraciətləri nəticəsiz qalır. O, oğlu ilə sonuncu dəfə oktyabr ayında görüşə bilib”.

Arif Hacılı və Tural Abbaslı aprel ayından həbsdədirlər. Onlar müxalif İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi aksiyaya görə tutulublar. Oktyabrın 3-də Səbail Rayon Məhkəməsi Arif Hacılı və Tural Abbaslını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi bu hökmləri qüvvədə saxlayıb.

Hər iki məhbus Bakı İstintaq Təcridxanasında saxlanır.