“Ailə –yə qoşul LCD TV qazan” - Foto

aile-ye-qosul-lcd-tv-qazan-foto-
Oxunma sayı: 671

Televiziyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Ailə TV” tərəfindən elan edilmiş yeni lotoreyaya əsasən, lotoreya çərçivəsində rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər bu aksiyada iştirak hüququ qazanırlar. Aksiya uzunmüddətlidir və “Ailə TV”-nin rəqəmsal xidmətinə qoşulan yeni abunəçilərin də bu aksiyada iştirak hüququ var.

Lotoeyanın şərtlərinə əsasən, “Ailə-yə qoşul LCD TV qazan” aksiyası davamlı olaraq hər il keçiriləcək və ildə bir tiraj oynanılacaq. Hər tirajın uduş fondu isə 10 LCD televizor təşkil edəcək.

Lotoreya çərçivəsində ilk tiraj 2011-ci ilin 20 dekabrında “Ailə TV info” kanalında yayımlanacaq.

Nigar Məmmədli