Akademik Bəkir Nəbiyevin ailəsində dəhşətli faciə baş verdi - Fotolar

akademik-bekir-nebiyevin-ailesinde-dehsetli-facie-bas-verdi-fotolar-
Oxunma sayı: 1478

Onun sözlərinə görə, Şəmsi Bədəlbəyli küçəsi ilə yüksək sürətlə hərəkət edən “Mercedes S-class” markalı avtomobil işıqforun qırmızı işığında keçib və başqa bir “Mercedes”lə toqquşub. Yol hərəkəti qaydasını pozan maşın güclü toqquşma nəticəsində kənara sıçrayıb və VAZ-21015 markalı avtomobilə dəyib. Bu, güclü yanğına səbəb olub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

“Qafqazinfo”nun məlumatına görə, Qəza zamanı "Hyundai" markalı avtomobilin 24 yaşlı sürücüsü Babək Nəbiyev dünyasını dəyişib. "Mercedes"in sükanı arxasında olan şəxs isə hadisə yerindən qaçıb.

Yol qəzasını törədən "Mercedes S-klass" markalı avtomobil qadına məxsus olsa da, sükan arxasında kişi olub.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Babək Nəbiyev akademik Bəkir Nəbiyevin nəvəsidir. Mərhum Mədəniyyət və Turizm Nazirliyinin işçisi olub.