Bakcell “Alıb yoxla, tapıb topla”yan qalibini tapdı

bakcell-alib-yoxla-tapib-toplayan-qalibini-tapdi
Oxunma sayı: 677

Bu şanslı şəxs Tural Bağırov olub. Qalib Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Münsiflər Heyətinin iştirakı ilə keçirilən lotereyada məlum olub.

Avtomobilin açarlarını qalibə Bakcell şirkətinin Baş kommerisya direktoru Krasimir Genov təqdim edib və bildirib ki, 2012-ci ildə də bu cür kampaniyalar davam etdiriləcək.

Xatırladaq ki, “Alıb yoxla, tapıb topla” kampaniyası 10 dekabr 2011-ci il - 10 yanvar 2012-ci il tarixlərini əhatə edib. Kampaniyada iştirak edən Bakcell abunəçiləri həmçinin noutbuk, mobil telefon, iPad, iPod, USB modemləri və çoxsaylı ödəmə və internet kartı kimi hədiyyələr qazanıblar.

Nigar Məmmədli