Bakcell Azərbaycan bazarının ən qabaqcıl şəbəkəsinə çevrilib

bakcell-azerbaycan-bazarinin-en-qabaqcil-sebekesine-cevrilib
Oxunma sayı: 837


"Qafqazinfo" xəbər verir ki, PCRF texnologiyası Bakcell şirkətinə son istifadəçilərin ehtiyaclarına cavab verən xidmət planlarının istifadəsi ilə yanaşı, xidmət keyfiyyətinin real zamanda təmin edilməsində kömək edəcək. İndi Bakcell müştəriləri “bandwidth-on-demand” və ötürmə qabiliyyəti siyasətləri, data sıxlığının azaldılması ilə şəbəkə resurlarının dürüst və mütənasib şəkildə bölüşdürülməsi, vaxt, yer, istifadə, tətbiqetmə və s. üzərində qurulmuş daha dənəli və dinamik xidmət planları, xüsusiləşdirilmiş və maraqlı xidmətlər, dəyişən həyat tərzi və tendensiyalara uyğunlaşa bilən fərdiləşdirilmiş müştəri təcrübəsi, sürətdən asılı olan tətbiqetmələrin (video streaming, YouTube və s.) istifadəsi zamanı son istifadəçilər üçün müvafiq sürətin təmin edilməsi kimi qabaqcıl funksiya və imkanlardan yararlana biləcəklər.


“Abuniçilərimiz Facebook, vKontakte, video streaming, Skype mesajlaşması, ani mesajlaşma, fayl ötürməsi, musiqi yüklənməsi və s. kimi müxtəlif onlayn xidmətlərdən istifadə edirlər. Tətbiqetmə və xidmətlərin müxtəlifliyi səbəbindən, smart trafik və xidmət keyfiyyətinin idarə edilməsi Bakcell şirkətinin başlıca vəzifələrindən birinə çevrilib. Bu etibarlı və peşəkar sistem şəbəkə resurlarının son istifadəçilər arasında dürüst şəkildə bölüşdürülməsi, istifadəçiləri müxtəlif xidmət seçimləri və optimal sürət, və yüksəksürətli internet ilə təmin edilməsi məqsədi ilə Bakcell şirkətinin texniki şöbəsinin səyləri nəticəsində tətbiq edilib”, deyə Bakcell şirkətinin baş texniki direktoru cənab Yigit Berktaş bildirib.

2013-cü ildə Bakcell şirkəti Nokia Siemens Network şirkəti ilə birgə internet və xidmət trafikin idarə edilməsi ekosistemini daha da qabaqcıl funksiyaların tətbiqi vasitəsilə tam yeni bir səviyyəyə qədər inkişaf etdirəcək.