Bakcell beynəlxalq festivala sponsorluq edib

bakcell-beynelxalq-festivala-sponsorluq-edib
Oxunma sayı: 680

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, 13-20 oktyabr tarixlərini əhatə edən festivalın məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət-ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdir. Festivala dünyanın 50-dən çox ölkəsini təmsil edən 100 nəfər gənc qatılıb.

Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Bakcell şirkətinin Korporotiv Kommunikasiya Şöbəsinin müdiri Pərvanə Məmmədova, BMT-nin İnkişaf Proqramı rəhbərinin müavini Nato Alhazaşvili, “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı və Gəncə şəhərindən seçilmiş millət vəkilləri iştirak ediblər.

Tədbirdə çıxış edən Bakcell-in Korporativ Kommunikasiya Şöbəsinin müdiri Pərvanə Məmmədova təmsil etdiyi şirkətin Azərbaycan mədəniyyətinin təbliğinə və gənclərin inkişafına xüsusi önəm verdiyini vurğulayıb: “Bu festival Bakcell-in “Daha yaxın olaq” fəlsəfəsinə əsaslanan iki mühüm dəyəri – Azərbaycan mədəniyyətinin təbliğini və gənclərin inkişafını bir arada birləşdirir”.

P. Məmmədova festivalla Bakcell-in gənclər üçün nəzərdə tutulan yeni CİNeration kampaniyasının üst-üstə düşdüyünü də bildirib.

Bakcell adından iştirakçılara CİNaration tarif paketinin hədiyyə olunduğunu qeyd edən P. Məmmədova onların CİNeration istifadəçiləri sırasına qoşulan İlk Dünya Gəncləri olduğunu qeyd edib.

Rəsmi açılış mərasimindən sonra qonaqlar “Gəncə Gənclər Evi”nin tikiləcəyi yerə baş çəkib, bu məqsədlə hazırlanan Simvolik Şarları havaya buraxıb və Gəncənin məşhur “Xan Bağı”nı və şəhər meydanını gəziblər.

Nigar Məmmədli