Bakcell Beynəlxalq Konfransa baş sponsorluq etdi

bakcell-beynelxalq-konfransa-bas-sponsorluq-etdi-
Oxunma sayı: 658


“Qafqazinfo” Bakıda Qlobal Biznes və Texnologiyanın İdarə edilməsinə dair tədqiqatlar müzakirə olundu. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Qlobal Biznes və Texnologiyalar Assosiasiyası (GBATA) və ADA Biznes Məktəbinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən 16-cı Beynəlxalq Konfransın baş sponsorlarından biri oldu. 

Konfransın əsas məqsədi biznes və texnologiyaların idarə edilməsi sahəsində mövcud olan problemlər və nailiyyətlərə dair müxtəlif mövzuları əhatə edən təqdimatlar vasitəsilə ən son məlumatların mübadiləsini asanlaşdırmaq məqsədilə xüsusi beynəlxalq forumun təşkil edilməsidir.

“Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyiş” mövzusunda keçən 
konfransın əsas məqsədi ictimai/şəxsi sənaye və təşkilatların qarşılaşdığı problemlərə dair fikir 
mübadiləsini təşviq etməkdir. Konfrans çərçivəsində plenar sessiya, təqdimat, təhlil, dəyirmi masa, seminar və forumlar keçirilib. 

Konfransda 50-dən çox ölkədən 400-ə yaxın tanınmış alim və biznes mütəxəssisləri iştirak edib və öz universitetlərində keçirilən yüksək səviyyəli qlobal biznes və texnologiyaların idarə edilməsinə dair tədqiqatlar barədə müzakirələr aparıb. 

Azərbaycan informasiya və kommunikasiya texnologiyaları vasitəsilə biznes və texnologiya sahəsində böyük nailiyyətlərə imza atmaqdadır. Ən yüksək texnologiyaları mobil kommunikasiya sahəsində tətbiq etməklə, Bakcell şirkəti bu inkişafda öz fəal iştirakı ilə qürur duyur.