Bakcell beynəlxalq konfransın rəsmi tərəfdaşıdır

bakcell-beynelxalq-konfransin-resmi-terefdasidir-
Oxunma sayı: 641

Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, konfransın əsas məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, Azərbaycanda gənc sahibkarları dəstəkləmək məqsədilə gənc biznes inkubatorların yaradılması üzrə beynəlxalq təcrübəni bölüşməkdir.

Mobile Monday (MoMo) Bakı layihəsinin bir hissəsi olan konfrans Bakcell və Alcatel-Lucent şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Xəzər İnvestisiya Mərkəzi (XİM) tərəfindən təşkil edilib.

Konfransda MoMo-nun Almaniya, Polşa, Bolqarıstan, Rumıniya, Çernoqoriya, Ukrayna, Belarus və digər ölkələrdən olan nümayəndələri də iştirak edirlər. Konfrans həmçinin Dünya Bankının InfoDev layihəsi, ECAbit (Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsi) və Mobile Monday Beynəlxalq Şəbəkəsi tərəfindən dəstəklənir.

Konfrans çərçivəsində həmçinin ilk MoMO Bakı görüşü təşkil olunacaq. Görüşdə yerli İKT şirkətlərinin nümayəndələri, gənc developerlər və bloqqerlər, müxtəlif ölkələrdən MoMo nümayəndələri də iştirak edəcək.

Nigar Məmmədli