Bakcell beynəlxalq mükafata layiq görülüb

bakcell-beynelxalq-mukafata-layiq-gorulub
Oxunma sayı: 668

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, “Global Telecoms Business” özünün altıncı illik mükafatını Londonda telekommunikasiya sənayesinin 360 nəfər nümayəndəsinin iştirakı ilə keçirilən mərasimdə təqdim edib.
“Bakı Kristal Zalı”nın mobil telekommunikasiya infrastrukturu Türkiyənin ən böyük stadionlarından biri olan “TT Arena”-nın təchizatını həyata keçirən “Komtel” və və Bakcell tərəfindən qurulub. Layihədə ABŞ-ın Bravo Tech Inc. şirkətinin unikal sistemindən istifadə olunub.
“Bakcell şirkəti öz innovativ ideyasının GTB tərəfindən yüksək qiymətləndirilməsindən çox məmnundur. Biz qısa – rekord bir müddət ərzində Eurovision-2012 mahnı müsabiqəsinin keçirildiyi “Bakı Kristal Zalı”nda bu avadanlıqları quraşdıra bildik və sistem müsabiqə günlərində abunəçilərə yüksək səviyyədə xidmət göstərdi” - deyə Bakcell şirkətinin Baş icraşı direktoru Riçard Şirer bildirib.
Xüsusi olaraq sözügedən layihə üçün gətirilən 90 stadion antennası Bakcell abunəçilərini yüksək xidməti ilə təmin edib. Ölkədə fəaliyyət göstərən digər mobil operatorların abunəçilərinə də xidmət bu sistem üzərindən göstərilib. Bakcell-in mütəxəssisləri sistemin saz vəziyyətdə olması üçün bütün yarış boyu sistemi nəzarətdə saxlayıblar. Hər üç operatorun istifadəsi üçün quraşdırılan 2G və 3G kanalları 31 000 artıq abunəçiyə rabitə imkanı yaradıb.
Nigar