Bakcell-çilərin səsli zəngləri 120 faiz, SMS-ləri isə 90 faiz artıb

bakcell-cilerin-sesli-zengleri-120-faiz-sms-leri-ise-90-faiz-artib-
Oxunma sayı: 684

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, şəbəkənin gücü külli miqdarda zənglərin fasiləsiz olaraq idarə olunmasını təmin edir. Yeni il ərəfəsində Bakcell abunəçiləri 24 milyon zəng edib və 26 milyon SMS göndəriblər. Bu, normal pik saatları ilə müqayisədə səsli zənglərdə 120%, SMS-lərdə isə 90% artım deməkdir. Ötən illə müqayisədə Yeni il ərəfəsində Bakcell şəbəkəsinin rouminq xidmətindən istifadə edən abunəçilərin sayı da 40% artıb. Yeni ilin pik saatlarında Bakcell-in 3G xidmətindən istifadə edən abunəçilərin sayı 152 000 nəfərə çatıb.

“Biz Bakcell abunəçilərinə dünya standartlarına uyğun xidmət göstərmək üçün yeni və müasir şəbəkənin qurulmasına nail olduq. Bakcell-in məqsədi keyfiyyətli xidməti davam etdirmək, müştərilərə olan qayğını artırmaq və ən son mobil xidmətlər təklif etməkdir”, deyə şirkətin Baş icraçı direktoru Riçard Şirer bildirib.

Nigar Məmmədli