“Bakcell data kartların qiymətində dəyişiklik etməyib”

bakcell-data-kartlarin-qiymetinde-deyisiklik-etmeyib
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, şirkət dəyəri 10 AZN və (7.2 mbs) 15 AZN (21 mbs) iki növ data kart təqdim edir və abunəçiləri yalnız bu qiymətə təklif olunan məhsulu əldə etməyə çağırır.
Sür@ data kartları şirkətin ən böyük tələbat olan məsullarından biridir və bu səbəbdən də Bakcell-in rəsmi satış nöqtələrindəki data kartlar qısa müddət ərzində satılıb. Abunəçilərin sözügedən məhsula artan təlabatını nəzərə alaraq Bakcell bu həftə ərzində Sür@ data kartlarının yeni partiyasını satışa çıxaracaq.
Müstəqil surətdə fəaliyyət göstərən satıcılar tərəfindən qiymətlərin süni şəkildə artırılmasının “Bakcell” MMC şirkətinə heç bir aidiyyatı yoxdur və rəsmi qiymətdən baha satılması ilə əlaqədar “Bakcell” MMC məsuliyyət daşımır.
Bakcell bir daha bildirir ki, təqdim olunan sürətdən asılı olaraq Sür@ data kartlarının rəsmi satış qiyməti 10 AZN və 15 AZN-dir və abunəçilər bu qiymətə data kartları Bakcell-in Xidmət Mərkəzlərindən əldə edə bilərlər.