Bakcell-dən Cenifer Lopezin konsertinə bilet

bakcell-den-cenifer-lopezin-konsertine-bilet-
Oxunma sayı: 634

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Bakcell sentyabrın 22-dən Bakıda keçiriləcək 17 yaşına qədər qadınlar arası FİFA U-17 turnirinin açılışına bilet qazanmaq imkanı yaradıb.

Yarışın açılışına bilet əldə etmək və Cennifer Lopezin ifasını canlı olaraq izləmək üçün sadəcə balansı artırmaq lazım olacaq. İyulun 1-dən sentyabrın 15-dək davam edəcək kampaniya çərçivəsində balansına 10 AZN yükləyən hər bir Bakcell abunəçisi gündəlik oynanan 55 biletdən birini əldə etmək və yarışın açılışına bilet qazanmaq imkanı əldə edəcək.

Biletləri qazanan abunəçilər sms vasitəsilə məlumatlandırılacaqlar. Biletləri yalnız Bakcell-in Nizami küç. 83-də yerləşən mağazasından əldə etmək olacaq.

Nigar