Bakcell-dən pulsuz SONY XPERIA smartfonları

bakcell-den-pulsuz-sony-xperia-smartfonlari
Oxunma sayı: 662

Sony Xperia smartfonlarının artan populyarlığını nəzərə alan Bakcell öz abunəçiləri üçün unikal bir kampaniya hazırlayıb.
Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, 14 mart 2013-cü il tarixindən etibarən aşağıda göstərilən Sony Xperia smartfonlarından birini alan hər bir yeni və cari CİN abunəçisi telefona verdiyi pulu 12 ay ərzində aylıq bonuslar vasitəsilə geri alacaq.
• Sony Xperia V
• Sony Xperia Z
• Sony Xperia J
• Sony Xperia Tipo
Əldə edilən bonuslar şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə edilə bilər. Bonusu davamlı olaraq əldə etmək üçün hər ay balansa ən azı 15 AZN yüklənməlidir. Bundan əlavə, Bakcell abunəçiləri həmçinin 30 MB İnternet trafikindən ibarət olan pulsuz aylıq paket alacaqlar.
Bonuslar kampaniyada iştirak edən smartfon modelindən asılı olaraq fərqlənir. İndi kampaniyaya qoşulan hər bir CİN abunəçisi təklif olunan smartfon modellərindən birini seçib balansa 900 manata qədər bonus almaq imkanını əldə edəcək.
Kampaniyada iştirak edən telefonlardan birini Bakcell-in aşağıda göstərilən diler mağazalarından əldə edən bütün CİN abunəçiləri bu unikal təklifdən yararlana bilər:
• Computex Mağazası
• Soliton Şəbəkəsi
• Baku Electronics
• Sharks Mobile
• DNS Computers
• Teecom/Nano