Bakcell-dən “Təsəvvür et” reklam çarxı

bakcell-den-tesevvur-et-reklam-carxi-
Oxunma sayı: 1112


Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir. Reklam çarxının əsas qəhrəmanı Tamerlan Rizvanovdur. Tamerlan “Bakcell”in “Mançester Yunayted” və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinin qabilbi, eləcə də Mançester şəhərində keçirilən "Mançester Yunayted" Futbol Məktəbinin Dünya Bacarıqlar finalçısıdır. Tamerlanla yanaşı reklam çarxında “Mançester Yunayted” Yay Futbol Məktəbinin digər qabilbləri - Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov və Xəyal Əliyevin də “Mançester Yunayted”in ulduz futbolçuları Fellaini, Nani, Çiçarito və Eşli Yanq ilə əfsanəvi “Old Trafford” stadionunda keçirdikləri birgə təlim-məşq toplanışlarından görüntüləri var. Reklam çarxının rejissoru Mona El Mansuridir. Yaradıcı ideya isə “McCann Bakı” şirkətinə məxsusdur. Çəkilişlər Azərbaycanda və Böyük Britaniyada baş tutub. Daha öncə “Bakcell”in Mona El Mansuori tərəfindən çəkilən “Ulduzlar liqasını qarşılayın” adlı çarxı “İlin ən yaxşı reklam çarxı” seçilib. “Təsəvvüt et” dekabr ayının 18-dən etibarən milli telekanallarda yayımlanır. Çarxı izləmək üçün linkə daxil olun: 

https://www.facebook.com/Bakcell/posts/673851785993286